Paşinyan “rus ruleti” oynayır ...

Paşinyan “rus ruleti” oynayır...

SSRİ-nin dağılması ilə digər ölkələr kimi Azərbaycan və Ermənistan da müstəqilliklərini elan etdilər. Ermənistan Azərbaycan torpaqlarını işğal etmək müqabilində öz suverenliyini Rusiyaya verdi. Moskvanın hərtərəfli köməkliyi və birbaşa iştirakı ilə torpaqlarımızı işğal edə bilsə də, siyasi, iqtisadi və hərbi sahələri Rusiyanın nəzarətinə keçdi. Eyni zamanda, Rusiya da öz müstəqilliklərini yeni elan etmiş ölkələrin inkişafının və rusiyadan qaçma siyasətinin qarşısını almaq üçün müxtəlif yönümlü təzyiq mexanizmləri yaratmaqda maraqlı idi. Buna görə də keçmiş ittifaq ölkələrinin bəzilərində separatizmi və işğalı dəstəkləyir.

Bu sözləri Ana Vətən Partiyasının sədrinin müavini, politoloq Yalçın Hacızadə bildirib.

Yalçın Hacızadə: Azərbaycan diasporu yeni qurulmuş olsa da, böyük dövlətlərə, beynəlxalq təşkilatlara təsir etmək gücünə sahibdir - AZƏRTAC

O, 30 il müddətində ölkəmizdə dövlət suverenliyini təmin etmək, beynəlxalq güclərin regiona və ölkəmizə olan marağından yaranan təsirin azaldılması üçün balanslaşdırılmış və müxtəlif istiqamətli siyasət aparılıb. Həyata keçirilən siyasi, iqtisadi, hərbi, mədəni və elmi fəaliyyətlər ancaq bir məqsədə, müstəqilliyimizin möhkəmlənməsinə və torpaqlarımızın işğaldan azad edilməsinə xidmət edib. Formalaşdırılmış Dövlət – Xalq – Ali Baş komandan birliyi ilə  həyata keçirilən 2020-ci ilin 44 günlük və 2023-cü ilin sentyabr ayında bir günlük əməliyyatlarla bu məqsədə çatdıq.  

Məğlub olan Ermənistan indi öz suverenliyini yaratmağa çalışır. Rusiyanın siyasi, iqtisadi və hərbi işğalından qurtulmağa istəyir. Necə ki, biz müstəqilliyimizin ilk illərində yaşamışdıq. Ermənistan da indi sanki vurnuxur. Ölkələrində olan siyasi qüvvələr də dövlət marağından yox, şəxsi siyasi ambisiyalarından çıxış edərək hakimiyyətə gəlmək və ya əlində olanını qorumaq yolundadı. Lakin bu dəfə öz suverenliyini Rusiyanın əzəli rəqibi, hal-hazırda müharibə vəziyyətində olan qərb ölkələrinə vermək üzrədi. Rusiyaya qarşı müxtəlif bəyanatlar verməklə bir növ “rus ruleti oynayır”. Fırlatdıqları silahın barabanından atəş açılacağını bütün maraqlı tərəflər səbirsizliklə gözləyir. Bunun olacağı da bir çoxunda şübhə yaratmır.  

Y. Hacızadə bildirib ki, dövlətin suverenliyinin təminin üç aspekti var; - siyasi – iqtisadi – hərbi müstəqillik. Ermənistanda qərb yönümlü hakimiyyət formalaşıb. Yəni siyasi “müstəqilliklərini təmin” ediklərini sanırlar (Rusiyan durub, qərbin stulunda oturublar). Hərbi müstəqilliklərini təmin etməyə çalışırlar. Qərb müəyyən silahlar verir. Amma ölkələrində Rusiya silahlı qüvvələri yerləşir, çıxma və ya çıxarılma ehtimalı da çox azdır. Əsas müstəqillik aspekti olan və digərlərinin də formalaşmasında mühüm rol oynayan iqtisadi müstəqilliyinə kimsə investisiya yatırmır. İllik ticarətinin 35%-a qədəri və böyük infrastrukturu (dəmiryolları, qaz və elektrik şəbəkəsi) Rusiyaya məxsusdur,  enerji alışında da ondan aslı olan Ermənistana kimsə iqtisadi yardım etmir və yollarını da göstərmir. Yəni qərbin erməni sevdası da səmimi deyil, saxtadır.

Rusiyanın Ermənistana əsas təzyiq vasitəsi ilk öncə iqtisadi sahə ola bilər. Ticarət əlaqələrini məhdudlaşdırmaq, enerji qiymətlərini dünya bazar qiymətinə qaldırmaq və ya hansısa bəhanə ilə kəsməklə. Amma Rusiya burda hələlik səbr nümayiş etdirir. Ermənistanın bəyanatlardan hərəkətə keçəcəyini gözləyir. Həmçinin, Rusiya məsələyə dair elə fikir formalaşdırır ki, guya Rusiya – Ermənistan gərginliyi, Rusiya Paşinyan mübarizəsidir, müvəqqətidir, Paşinyanın hakimiyyətdən getməsi ilə düzələcək. Ona görə Ermənistana iqtisadi təzyiq etməklə erməni cəmiyyətində özünə qarşı antipatiyanı daha da artırmaq istəmir. Eyni zamanda, belə təzyiqlə Paşinyana “görürsüz, Rusiya bizi Azərbaycan qarşısında qorumad, indi də iqtisadi təzyiq göstərir” təbliğatını aparması fürsətini vermək istəmir.  

Politoloqun sözlərinə görə Ermənistanın qərbə sığınmaqla Rusiyadan qopma cəhdi “yağışdan çıxıb, yağmura düşməyi” olacaq. Qərb yeni münaqişələr yaratmaqla regionumuzda qalmaq istəyir. Ona görə də Azərbaycan və Rusiyaya qarşı Ermənistana siyasi və hərbi dəstək verir. Halbuki, Ermənistanın inkişafı, dövlət suverenliyinin təmin olunması Azərbaycan və Türkiyə ilə siyasi razılığa gəlməsi, iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir. Necə ki, digər qonşumuz olan Gürcüstan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrini inkişaf etdirərək, enerji sahəsində təmin olunaraq Rusiyanın təzyiqlərinə dözə bildi.  Yenisabah.az






Fikirlər