Avropadan Qarabağla bağlı təxribatçı çağırış - “Təcili şəkildə...”

Avropadan Qarabağla bağlı təxribatçı çağırış - “Təcili şəkildə...”

Avropa Parlamentində Azərbaycana qarşı mina terrorunun pislənilməsi və bu cinayətdə əli olan Ermənistana sanksiyaların tətbiq edilməsi barədə kim eşidib?

AzerTaym.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Avropa Parlamentinin Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

"Avropalı parlamentarilər Azərbaycana qarşı daha bir absurd çağırışa imza atıblar.

Ötən gün Avropa Parlamentinin bir qrup üzvü Avropa Birliyi liderlərini Azərbaycanın Qarabağ iqtisadi rayonunda "erməni mədəni və dini irsinin qorunması üçün" fəal addımların atılmasını təmin etməyə çağırıb.

Həmin şəxslər Qarabağdakı "erməni irsi obyektləri"nin hər birində 24 saatlıq müşahidə kameralarının quraşdırılmasını tələb edirlər ki, bu yerlərə real vaxt rejimində dünyanın istənilən yerindən nəzarət edə bilsinlər. Guya bununla həmin "mədəni və dini obyektlərin dağıdılması"nı önləmək istəyirlər.

Avropalı parlamentarilər həmçinin "Qarabağ ermənilərinin öz vətənlərinə qayıtmaq hüququnun onların təhlükəsizliyini təmin edəcək beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməsi"ndə israrlıdırlar. YUNESKO missiyasının təcili Qarabağa göndərilməsi və bununla bağlı vaxt təyin olunmasını tələb edirlər, Azərbaycan buna əməl etməsə, sanksiyalarla hədələyirlər.

Avropa Parlamentinin hər hansı təşəbbüs qrupunun Qarabağdakı Azərbaycan mədəni irsinin qorunması və azərbaycanlı qaçqınların geri qaytarılması tələbi ilə çıxış etdiyini eşidən varmı? Mina terrorunun pislənilməsi və bu cinayətdə əli olan ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi barədə kim eşidib?

Məsləhət xarakteri daşıyan belə yararsız kağızlar ən azı forma baxımından qarşı tərəfin istəkləri ilə bağlı bir növ obyektivlik və narahatlıq ehtiva etməlidir. Bu cür quduz sifariş hətta Avropa Parlamenti üçün də artıqdır".






Fikirlər