Toplum TV-nin təsisçisi barədə yeni qərar

Toplum TV-nin təsisçisi barədə yeni qərar

“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc feysbukda paylaşım edib.
 
Vəkilin sözlərinə görə, Bakı şəhərinin Xətai Rayon Məhkəməsi bununla bağlı qərar qəbul edib:
 
“Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.
 
Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Toplum TV-nin təsisçisi olan Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.






Fikirlər