Natiq Cəfərli saxlandı: barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi - FOTO, video (Yenilənir)

Natiq Cəfərli saxlandı: barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi - Foto, video (Yenilənir)

REAL təmsilçisi bardə  4 aylıq həbs qətimkan tədbiri seçildi  
Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərlinin saxlanması barədə ictimai sektorda məlumat yayılıb. Məlumatı paylaşanlardan birincisi müstəqil jurnalist Aynur İmranova olub. 
Musavat.com xəbər verir ki, A.İmranova bu barədə aşağıdakıları yazıb: “Natiq Cəfərli məlumat verilmədən və vəkil təmin edilmədən saxlanılaraq prokurorluğun Ağır Cinayətlər İdarəsinə aparılıb. Həbslər yenə başladı. Qanunsuzluq davam edir”.
Xəbəri təsdiqləyənlərdən və onun izinə düşənlərdən biri də jurnalist Ramin Deko olub. R.Deko da sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısındayıq. Natiq Cəfərlinin burada olduğu ehtimal edilir. Vəkil Cavad Cavadova deyiblər ki, "Natiq burdaydı, aparıblar".
Yazı hazırlanan dəqiqələrdə isə məlum oldu ki, N.Cəfərli Nəsimi rayon məhkəməsinə aparılıb və barəsində  4 aylıq həbs qətimkan tədbiri seçilib. O qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur.
Musavat.com xatırladır ki, N.Cəfərlinin telefonuna zəng çatmır. Onun son olaraq paylaşdığı status isə 6 saat əvvəl yazılıb. İqtisadçı ekspert son statusunda aşağıdakıları yazıb: “Bu gün Türkiyədə Hakan Şükürün atasını həbs ediblər, özünü də həbs edəcəklər, sən demə bu illər ərzində başla vurduğu bütün qollar Gülənin dualarına görə imiş, ayaqla atdıqlarına aid dua hələ tapılmayıb. Xətakar...”
***
Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: "Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi aöır cinayətlə bağlı ittihamlardan xəbər verir", vəkil deyir. Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq./Azadlig.org/
Qeyd edək ki, bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
Azadlig.org xəbər verir ki, REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.
***
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli Natiq Cəfərlinin həbsindən danışıb. 
“Hökumət bir müddət əvvəl QHT-lərlə bağlı işi dayandırdığını və ləğv edəcəyini bildirmişdi. Ancaq Natiqin həbsi onu göstərir ki, yeni bir həbs dalğası başlayır. Bu dalğa da sırf siyasətlə bağlıdır. Natiqin verdiyi prqonozlar kifayət qədər obyektiv və xeyli dərəcədə düşündürücüdür. Bəlkə də odur səbəb. Ayrı səbəb tapa bilmirəm”, - deyə Ələsgər Məmmədli bildirib.
REAL-ın icraçı katibinin sentyabrda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma görə həbs edilməsi haqda ehtimllara hüquqşünas haqq vermir.
“İnanmıram. Referendum bu və ya digər formada onsuz da keçiriləcək. İstədikləri nəticəni çıxaracaqlar. Buna görə kiminsə həbs olunmasını ağlabatan saymıram. Bu, məncə, bizi qarşıda gözləyən iqtisadi proseslərlə bağlı ola bilər. Bu proseslərdə sözünə dəyər verilən insanların önə çıxma ehtimalı var. Bəlkə bunu önləmək istəyirlər”.
Ələsgər Məmmədli Natiq Cəfərlinin bu şəkildə həbsini “biabırçılıq” adlandırıb: “Ciddi problemdir. Artıq insanları gecəylə evindən oğurlayırlar, az qala cinayətkar kimi aparırlar. Bu biabırçılıqdır. Ziyalı bir insana qarşı bu davranış 1937-c ili xatırladır”./Azadlig.org/
 
 
 
 













Fikirlər