X.İsmayılovanın həbs müddəti üç ay da uzadıldı
Məhkəmə təqdimatı təmin edib və jurnalistin həbs müddətini avqustun 24-nə qədər uzadıb. Bu barədə "Turan"-a vəkil Fariz Namazlı məlumat verib.
İstintaq İsmayılovanın həbsdə saxlanılmasını əvvəlki fikirləri ilə əsaslandırıb. Prokurorluq hesab edir ki, İsmayılova şahidlərə təsir göstərə və istintaqdan gizlənə bilər.
Vəkil bugünki məhkəmə qərarından apelyasiya vermək niyyətində olduğunu bildirib. Bundan başqa, artıq qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırılıb. Vəsatətə mayın 15-də baxılacaq.
Xatırladaq ki, bununla İsmayılovanın həbs müddəti üçüncü dəfədir ki, uzadılır.
Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevi özünü öldürmə həddinə çatdırmaq ittihamı ilə həbs edilib. Lakin fevralın 13-də prokurorluq 179.3.2 (külli məbləğdə mənimsəmə), 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə yeni ittiham irəli sürüb.