Həbsdə olan jurnalist karserə salınıb

Həbsdə olan jurnalist karserə salınıbAzadlıq” qəzetinin xuliqanlıqda ittiham olunan əməkdaşı Seymur Həzi karserə salınıb.
Bu barədə Turan-a onun vəkili Adil İsmayılov bildirib.


Onun sözlərinə görə, jurnalistin atası yanvarın 15-də İstintaq Təcridxanasına onun üçün bağlama aparıb. Lakin bağlamanı qəbul etməyiblər və jurnalistin cəza kamerasına salındığını bildiriblər.

Vəkil yanvarın 16-da İstintaq Təcridxanasına getmək və jurnalistin cəzalandırılmasının səbəblərini öyrənmək niyyətindədir.

Xatırladaq ki, Həzi 29 avqust 2014-cü ildə qondarma xuliqanlıq ittihamı ilə həbs edilib. Jurnalist ittihamı təkzib edir və onun siyasi motivli, jurnalist fəaliyyəti ilə bağlı olduğunu hesab edir.






Fikirlər