Pərviz Həşimliyə qarşı təzyiqlərə beynəlxalq reaksiya
Nüfuzlu beynəlxalq hüquq mühafizə təşkilatı «Amnesty İnternational» jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin dünən qanun pozuntuları ilə keçirilən məhkəmə prosesi və jurnalistin həyatına təhdidlə bağlı “həyəcan siqnalı” olaraq Azərbaycanın baş prokuroru, cənab Zakir Qaralova, milli təhlükəsizlik naziri, cənab Eldar Mahmudova və ombudsman, xanım Elmira Suleymanovaya təcili müraciət ünvanlaylb. Bu barədə
“Bizim Yol”a «Amnesty İnternational»dan məlumat daxil olub.
Müraciətdə qeyd edilir ki, Səbail Rayon Məhkəməsində P. Həşimlinin saxlanma yerinin dəyişdirilərək MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi, istintaq tərəfdinən təzyiqə və qeyri insani davranışa məruz qalması ilə bağlı iddiaya baxılarkən jurnalistin hüquqları pozulub. İstintaq təcridxanasında onun qeydləri qanunsuz olaraq iəlindən alınıb. Qeyidlərin jurnalistə qaytarılmasını vəkil tələb etsə də, bu tələb yerinə yetirilməyib və etiraz olaraq vəkil məhkəmə prosesini tərk edib. Eyni zamanda P.Həşimli başqa bir otaqa aparılaraq özünün və vəkilinin iştirakı olmadan məhkəməsi keçirilərək, iddiası da rədd edilib. «Amnesty İnternational» jurnalistin istintaq tərəfindən təzyiqə məruz qalması və həyatına təhdidlə də bağlı məlumatı xüsusi narahatçılıqla qeyd edir və yuxarıda adı çəkilən şəxslərin məsələyə həss yanaşmasına çağırış edir.
Eynu zamanda Amnesty İnternational həbs edilən və ya göz altına alınan şəxslərin qeyri-insani davranışa məruz qalmasının yolverilməz olduğunun beynəlxaq qanunlarla qadağan olunmasını da müraciətində xatırladır.