Ombudsman istintaq təcridxanalarının şəraitini təriflədi

“Azərbaycandakı istintaq təcridxanaları Avropanın bir çox ölkələrindən yüksək səviyyədədir”.
 Ombudsman istintaq təcridxanalarının şəraitini təriflədi
APA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən İnsan hüquqları ilə bağlı tədbirdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O qeyd edib ki, xüsusilə yeni istifadəyə verilmiş Kürdəxanı istintaq təcridxanası bir çox Avropa ölkələrinə əsl nümunə ola bilər: “Hesab edirəm ki, bu, məhkumlar üçün böyük diqqətdir və bunu nəzərə almalıdırlar”.

E.Süleymanova məhkumların saxlanma şəraitinə də toxunub: “Biz mütəmadi olaraq məhkumların saxlanma şəraiti ilə tanış oluruq. Nəticə olaraq onu deyə bilərəm ki, Azərbaycanda məhkumların saxlanma şəraitində heç bir problem yoxdur, əksinə, yüksək səviyyədədir”.






Fikirlər