08.08.2014- Vəkil İntiqam Əliyev saxlanıldı: onun evində axtarış aparılır

08.08.2014- Vəkil İntiqam Əliyev saxlanıldı: onun evində axtarış aparılırHüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.
Bu barədə "Azadlıq" radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib. O deyib: "Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar".
Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.
Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub. Onu da yada salaq ki, Vergilər Nazirliyinin əməkdaşları İ.Əliyevin Azadlıq prospekti, 71 ünvanındakı ofisində yoxlama aparıblar. İ.Əliyev indiki hakimiyyətin qatı tənqidçilərindən biridir. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzdindəki müxtəlif fondlarla uzun illərdir sıx əməkdaşlıq edir.






Fikirlər