YAP-dan qovulduqdan sonra Rusiyaya köçən şəxs yenidən deputat olmaq eşqinə düşüb

YAP-dan qovulduqdan sonra Rusiyaya köçən şəxs yenidən deputat olmaq eşqinə düşüb

YAP-dan qovulduqdan sonra Rusiyaya köçən şəxs yenidən deputat olmaq eşqinə düşüb
İnterpress.az-ın xəbərinə görə, 2023-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə Şəhər Təşkilatının sədri vəzifəsindən qovulduqdan sonra Rusiyada məskunlaşan Ramil Orucov yenidən deputat olmaq üçün hərəkətə keçib. 
YAP funksioneri təşkilatdakı vəzifəsindən Rusiyada biznes fəaliyyəti ilə məşğul olmasına görə qovulub.
Rusiyanın Moskva və Tükiyənin İstanbul şəhərlərində böyük bizneslərə sahib olan R.Orucovun siyasi fəaliyyətə ikinci dərəcəli yanaşması onun təşkilatdan uzaqlaşdırılmasına gətirib çıxarıb.
R.Orucov ötən ilin yanvar ayında YAP Gəncə şəhər təşkilatına sədr təyin edilməsinə baxmayaraq, biznes fəaliyyətini davam etdirib. Bu isə onun siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədib.
Ölkədə olmadığına görə R.Orucov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən xəbərsiz olub. Bu isə onun işdən qovulmasına qədər gətirib.
O, işdən qovulandan sonra birdəfəlik Rusiyaya köçüb. Orucov özü üçün burada Rusiyada Yaşayan Azərbaycanlıların Diaspor Mərkəzi adlı təşkilat da yaradıb.
İndi isə Ramil Orucov yarıtmaz fəaliyyətinə görə işindən qovulduğu Gəncəyə qayıtmaq və namizəd olmaq istəyir. Hətta onun namizədliyinin təsdiqləndiyi və Müşfiq Ceferovu əvəzləyəcəyi deyilir.
Qeyd edək ki, Rami Orucovun adı bir çox kriminal avtoritetlərlə birgə də hallanır. Hətta onun Rusiyada Azərbaycana qarşı olan bəzi dairələrin dəstəyini aldığı bildirilir.






Fikirlər