Mirmahmud Mirəlioğlu namizədliyini geri götürəcək?

Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı açıqlandıqdan sonra bir sıra müxalifət partiyalarının liderləri - Müsavat başqanı İsa Qəmbər, "Ümid" sədri İqbal Ağazadə seçkilərə namizəd kimi qatılmayacaqlarını bildiriblər.
KXCP sədri Mirmahmud Mirəlioğlu da belə bir qərar verə bilərmi?
Bakupost.az -ın sualını cavablandıran Mirmahmud Mirəlioğlu da parlament seçkilərində iştirak edəcəyini bildirib.
“Artıq altı gündür ki, 43 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədliyimi vermişəm. İmza vərəqlərimi almışam və imzaları toplayıram”,- o vurğulayıb.
Qeyd edək ki, M.Mirəlioğlu bu dairədən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Mirkişili ilə mübarizə aparacaq.






Fikirlər