Şeyxin kürəkəni də kənarda qaldı - Qardaşı isə...
Məlum olduğu kimi, YAP İdarə Heyəti VI çağırış Milli Məclisin bəzi deputatlarının parlament seçkilərində namizədliyini verməyib. Siyahıdan kənarda qalanlar arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni Əliabbas Salahzadə də var. Belə görünür ki, hakim partiya deputatlığı dövründə hər hansı fəallığı və xüsusi bilikləri ilə seçilməyən Salahzadəyə bir daha şans verməmək qərarına gəlib. Ya da onun özü daha 5 il parlamentə “ayaq döymək” istəməyib. Lakin hər halda, birinci variant daha inandırıcı görünür… Ancaq bu, Şeyxin adamlarının heç də tamamilə mandatsız qalacağı demək deyil. Belə ki, YAP tərəfindən A.Paşazadənin qardaşı Cavanşir Paşazadənin namizədliyi 76 saylı Lənkəran – Masallı dairəsindən irəli sürülüb. Bu, onun 5-ci deputatlığı olacaq. /“AzPolitika”