Əliməmməd Nuriyev də namizədliyini geri götürdü - AÇIQLAMA

Əliməmməd Nuriyev də namizədliyini geri götürdü - AÇIQLAMA 

VII çağırış Milli Məclisə   namizədliyini 75 saylı Yardımlı-Masallı seçki Dairəsindən irəli sürən Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarıından, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev seçki prosesində iştirakdan imtina edərək namizədliyini geri götürüb.

Bu barədə Əliməmməd Nuriyev özü sosial şəbəkədə  paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz dostlar, 75 saylı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Siyasət həmçinin imkanları dəyərləndirmək sənətidir. Hələ müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir.  İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. 
Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Hazırlıq üçün əkəsəriyyət Lənkərana üz tutur. Kənd təsərrüfatı, turizm  potensilanın səmərəli istifadəsi çox-çox aşağıdır.
Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotiklərə qarşı mübarizə məsələlərini  qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin da çox faydası olmayacaq. 
Bu kimi faktları topladıq və aidiyyəti orqanların diqqətinə çatdırdıq..
Bir sözlə, mümkün olanın ən yaxşısını etdik. 
Bu mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu. 
Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi.
Fəaliyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır".

Qeyd edək ki, onun həmin dairədən əsas rəqibi VI çağırış Milli Məclis üzvü Musa Qasımlıdır.

Ölkə.Az






Fikirlər