Arif Hacılı Novella Cəfəroğlunun istefasından danışdı...
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Müsavatdan istefası artıq təsdiq edilib. Partiya nizamnaməsinə görə, hər hansı bir istefa ərizəsi müzakirə edilmədən qəbul olunur.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Müsavatdan istefası artıq təsdiq edilib. Partiya nizamnaməsinə görə, hər hansı bir istefa ərizəsi müzakirə edilmədən qəbul olunur.
AzerTaym.az bildirir ki, bunu Teleqraf.com-a Müsavat Partiyasının Məclis sədri Arif Hacılı deyib.
“Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur. Ona görə də, buna heç bir əlavəm yoxdur. Özü bu barədə düşünərək qərar qəbul edib. Belə bir qərar qəbul etmək onun hüququdur” - deyə o, əlavə edib.
Arif Hacılı 1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Müsavat Partiyasından istefaların olması ehtimalına da toxunub: “Partiyanın strukturlarında seçkilərlə bağlı təşkilatın apardığı siyasət yüksək qiymətləndirilir. Seçkilərlə bağlı Müsavat Partiyasında hər hansı problem olmayacaq”.