Arif Hacılı İSTEFA verdi ...

Arif Hacılı istefa verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu Elçibəy İnstitutundan istefa verib.

AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat yayıb.

"Təsisçilərindən biri olduğum Elçibəy İnstitutu adlı qurumdan istefa verirəm. Səbəb Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir" - Müsavat başqanı bildirib.






Fikirlər