Müsavat başqanı Arif Hacılı sərbəst buraxıldı – YENİLƏNİB
AXCP sədri Əli Kərimliyə dəstək məqsədi ilə Nəsimi polis bölməsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı saxlanılıb. Musavat.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının sabiq başqanı, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz ”feysbuk” səhifəsində xəbər paylaşıb. Musavat.com həmin statusu sizlərə təqdim edir: ”Mitinqdə saxlanılanlara dəstək məqsədi ilə Nəsimi Polis İdarəsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı jurnalistlərə açıqlama verərkən saxlanılaraq polis idarəsinə aparılıb”. *** Bir müddət sonra İsa Qəmbər yeni statusla çıxış edib. Orada bildirib ki, Arif Hacılı sərbəst buraxılıb və jurnalistlərə açıqlama verib.