Arif Hacılının oğlu siyasi sığınacaq alıb? — "Müsavat" başqanı cavab VERDİ

"Müsavat" Partiyasının başqanı Arif Hacılının oğlunun Polşa Respublikasında siyasi sığınacaq alması barədə məlumat yayılıb

Yayılmış xəbəri dəqiqləşdirmək üçün Müsavat Partiyasının başqanı Arif Hacılı ilə əlaqə saxladıq.

Arif Hacılı "Ölkə.Az"-a bildirdi ki, yayılan xəbərlər yalandır.

Müsavat Partiyası başqanının sözlərinə görə, oğlu heç bir yerə getməyib.

Əlavə olaraq Arif Hacılı bildirdi ki, oğlum hal-hazırda Bakıdadır.

Qeyd edək ki, yayılan məlumata əsasən, "Müsavat" başqanının oğlu bir müddət əvvəl Polşanın müvafiq orqanlarına müraciət edib və ona 2016-cı ilin sonlarında siyasi sığınacaq verildiyi deyilir.






Fikirlər