Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT - ARAŞDIRMA -VİDEO

Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO

“...Şaxta əsaslı nüvə qurğuları dəqiq zibildir...”
 
“"Sarmat" əvvəlki raketləri əvəz etməli idi, lakin o son sınaqlar zamanı partlayıb...”
 
“Onları bərpa edə bilməyəcəklər və əgər bərpa etməyə başlasalar, milyardlarla dollar xərcləməli olacaqlar...”
 
Rusiyanın nüvə potensialı dünyada ABŞ-dan sonra ikinci yerdədir və şaxtalardan atılan "nüvə triadası" deyilən raketlərə malikdir. Onların iki əsas raketi - "UR-100N" və "R-36M" qurğularına 2014-cü ildən Ukraynanın "Yujmaş" müəssisəsi xidmət göstərmir və rusların özlərində onların təmiri üçün lazımi texnoloji dövrə yoxdur.
 
Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, hərbi ekspert Pyotr Çernik “Kanal 24”-ə bildirib ki, işğalçılar 11 min kilometrə qədər mənzilli yeni strateji uzunmənzilli “Sarmat” raketi hazırlayıblar. Nomenklaturaya görə, o, 100-150 kilotonluq 10-a qədər döyüş başlığına malik ola bilər və 28 max-a qədər sürətlənir. 1 max -səs sürətidir, saatda 1200 kilometrdən çoxdur.
 
Çernikin sözlərinə görə, "Sarmat" əvvəlki raketləri əvəz etməli idi, lakin o son sınaqlar zamanı partlayıb. Beləliklə, belə bir nəticəyə gələ bilərik ki, düşmənin şaxta tipli buraxılış qurğuları bir fenomen kimi deqradasiyaya uğrayıb.
 
 
“Onları bərpa edə bilməyəcəklər və əgər bərpa etməyə başlasalar, milyardlarla dollar xərcləməli olacaqlar. Gələn il üçün hərbi sahəyə böyük büdcə- 140 milyard dollardan çox vəsait ayrılsa da, bu, həmin məbləği nədənsə  başqa sahədən götürmək deməkdir. Xüsusilə də mərmilərə xərclənən pullardan”, - deyə o, qeyd edib.
 
Rusların “Sarmat”dan başqa "RS-24 Yars" mobil qurğuları və sualtı donanması var. Söhbət 5 növ nüvə sualtı qayıqlarından gedir:
 
"Delfin";
R-39 raketi ilə ən yeni "Borey";
"Antey";
"Kondor";
"Yasen".
 
Onların ümumi yaylımı 200-ə qədər raketdir. İşğalçıların “Tu-95MS" bombardmançı təyyarəsi də var. Köhnə olmasına baxmayaraq, bir meqatonluq döyüş başlığına malik "X-102" raketi ilə silahlanıb. Operativ-taktiki mənada Rusiya Federasiyasının son inkişafı olan “İsgəndər” kompleksinin nüvə hissəsi də var. Bu, “Kalibr” və “Xəncər”ə də aiddir.
 
“Ona görə də onları gizlətməyə və rusların bütün nüvə potensialını zibil olduğunu deməyə ehtiyac yoxdur. Amma şaxta əsaslı nüvə qurğuları dəqiq zibildir. Lakin hələ də bu resurslara sahibdirlər. Bəli, "MiQ-31K" artıq istehsal oluna bilməyəcək. "Tu-95MS" tamamlanmaq üzrədir. Amma "İsgəndər"lər və "Kalibr"lər konveyerdədirlər. Onlara nüvə başlığının quraşdırılması problem yaratmır. Bunun üçün onların işə salan qurğuları var”, - deyə Çernik yekunlaşdırıb.
 
Ukraynada müharibə dövründə  Rusiyanın nüvə siyasəti...
 
Xatırladılır ki, sentyabrın 22-də Rusiyada "RS-28"- "Sarmat" qitələrarası ballistik raketi sınaq zamanı partlayıb. O, şaxtada partlayıb.
 
"RS-28"- "Sarmat" qitələrarası ballistik raketinin (NATO təsnifatı - "Şeytan- 2") uğursuz sınaqdan sonra Rusiya uzun müddət texniki cəhətdən hazır olan ağır raketsiz qalacaq.
 
Bunu Rusiyanın nüvə siyasəti üzrə eksperti, Kvins Universitetinin beynəlxalq və müdafiə siyasəti mərkəzinin tədqiqatçısı," Defense News"-un müxbiri Maksim Starçak deyib.
 
Buna baxmayaraq, Rusiya lideri Vladimir Putin nüvə silahından çəkindirmə doktrinasında dəyişiklik etdiyini açıqlayıb. Əsas məqamlardan biri o olub ki, Kreml qeyri-nüvə dövlətinə qarşı hətta pilotsuz təyyarələrin buraxılması halında belə, nüvə silahından istifadə edə bilər. Digər məqamlara Belarusa qarşı təcavüz zamanı, eləcə də düşmən adi qeyri-nüvə silahlarından istifadə edərək Rusiyanın suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə Rusiyanın nüvə silahından istifadənin mümkünlüyü daxildir...

 

S.Laçın






Fikirlər