“RUS AYISI” Özünün İTİ DIRNAQLARINI Göstərir! – Putinin əlindəki MÖÜZƏ silah nədir?
Vladimir Putin özünün xalqa builki ənənəvi müraciətindən seçki kampaniyası kimi istifadə etdi. O, böyük taxıl ixracından, Krım körpüsünün tikilməsindən, ölkədəki yoxsulluğa qarşı mübarizənin inkişafından danışdı. Lakin Qərbdə Rusiyanın yeni silahının təqdimatı daha çox diqqət çəkib. O silah ki, guya ona qarşı heç bir müdafiə yoxdur. Ekspertlər arasında bu, böyük təəccüb doğurmayıb. Çünki Rusiyanın belə bir silah üzərində işlədiyi öncədən də bəlli idi. Amma bəzi şeylər yeni idi: internetə sızmış “dünyanın sonu” ”Status-6” torpedosunun şübhəli fotoşəkilləri ilə Rusiya prezidentinin həmin sistemin sınağı barəsində söylədikləri arasında böyük fərq var. - “Sarmat” qitələrarası raketi “Sarmat” (RS-28) Qitələrarası Ballistik Raketi – məlum bir sistemdir və o, keçən ilin sonunda sınaqdan keçməliydi. Yeni raket SSRİ dövrünün köhnə raketlərini əvəzləyəcək. Amma “Sarmat” hansısa yeni reketdən daha çox əhəmiyyət kəsb edir. Çünki raketin böyük uçuş məsafəsi var və o, ABŞ-a təkcə şimal qütbündən deyil, həm də cənub qütbündən də hücum edə bilər. Bundan başqa, guya ki, “Sarmat” ABŞ Raket Əleyhinə Müdafiə sistemini aldada biləcək və ondan yan keçə biləcək mürəkkəb avadanlıqlarla təchiz olunub. Həmçinin, belə güman edilir ki, bu raket özündən əvvəkilərlə müqayisədə daha sürətli start götürür. Bildirilir ki, ”Sarmat” adi döyüş başlıqları deyil, hipersəs döyüş başlıqları daşıyacaq. Çox sürətli “Ю-71” glayderi “4202 layihəsi” adı altında işlənib hazırlanıb. ”Sarmat”ın hədsiz sürətli uçuşu və öz kursunu dəyişə bilmək qabiliyyəti hal-hazırda onun yaxalanmasını mümkünsüz edir. - “Kinjal” hipersəs kompleksi Hipersəs silahları səs sürətindən dörd-beş dafə daha iti uçurlar və bu günkü silhlanma yarışı üçün əsas texnologiya sayılırlar. Gəmilərdən buraxılan və sınaqdan keçirilmiş məlum ”Çirkon” raketi ilə yanaşı Putin “Kinjal” raket kompleksini də təqdim edib.Bu silah “MiG-31” qırıcı-tutucu təyyarəsi tərəfindən buraxılır. Videoda görünür ki, bu raket artıq silahlı qüvvələr tərəfindən sınaqdan keçirilib. “Kinjal” raketinin üstünlüyü onun yerdən və ya hansısa meydançadan deyil, ucan qırıcı təyyarədən buraxılmasıdır. Start sürətinin yüksək olması dəqiq hədəfli hipersəs hava-reaktiv mühərrikinin konstruksiyasının problemlərini yüngülləşdirir. Yüksək sürət dedikdə, burada söhbət saatda 12 min kilometr sürətdən gedir. Manevrlərlə yayınmaq qabiliyyəti“Kinjal”-ın Hava Hücumundan Müdafiə raketləri ilə vurulmasını mümkünsüz edir. Sistem ənənəvi və ya nüvə başlıqları ilə təchiz edilə bilər. Ondan düşmən ərazisinin dərinliklərində yerləşən hədəflərə qarşı istifadə etmək olar. - “Məşhər günü” torpedosu “Status-6” pilotsuz atom sualtı qayığının ilk şəkilləri 2015-ci ilin sonlarında mobil telefonlarda peyda olmuşdu. Prinsip etibarıyla sistem 24 metr uzunluğundakı nəhəng torpedonu xatırladır. Öz nəhəg ölçülərinə baxmayaraq, ”Status-6”-nı sualtı qayıqlardan da buraxmaq olar. Bu silahın xüsusiyyəti onun on min kilometrə qədər məsafələri qət etməsi və çox yüksək sualtı sürətidir. Bildirilir ki, onun sürəti saatda 100 kilometrdən 185 kilometrədək çata bilər. Min kilometrədək dərinə dalma imkanları nəzərə alınsa, onda deyə bilərik ki, hal-hazırda “Status-6”-nı dayandırmaq mümkün deyil. Qərbdə qorxurlar ki, bu supertorpedo hidrogen bombası ilə təchiz edilə bilər. Onun partlayışı ABŞ sahillərini dağıda biləcək meqa-sunamı törədər. - “Avanqard” raketi Putinin hipersəs arsenalında olan daha bir raket ”Avanqard”dır. Start sürətləndiricisi qlayderi atmosferin yuxarı qatlarına çatdırır və o oradan səs sürətindən 20 dəfə artıq sürətlə yenidən geriyə Yer kürəsinə qayıdır. Onun öz kursunu qəfildən dəyişməsi və yüksək sürəti raketin yaxalanmasını mümkünsüz edir. ”Avanqard” raketinin səthi atmosferdə iki min dərəcəyədək qızır. Bu barədə Putin deyib: “O, hədəfə doğru meteorit, odlu kürə kimi gedir”. Rusiya prezidentinin və digər rəsmi şəxslərin sözlərinə görə, artıq ”Avanqard”ın istehsalına başlanılıb. - Qanadlı nüvə raketi Ən böyük gözlənilməzlik nüvə enerji qurğulu qanadlı raketlər barəsində deyilənlər oldu. Bu silah da həmçinin hədsiz sürətli və yüksək manevr qabiliyyətli olmalıdır. Və beləliklə, o, düşmənin hava hücumunu keçməlidir. Nüvə qurğusu sistemə praktik olaraq məhdud fəaliyyət uzaqlığı verəcək. Futuristik eneji qurğulu bu silah barəsində ilk öncədən heç nə bəlli deyildi. Rusiya tərəfi bu sistemin uğurla sınaqdan keçirildiyini bildirsə də, Qərb mütəxəssisləri buna şübhəylə yanaşırlar. Onilliklər ərzində enerji qurğusunun bu forması haqqında heç nə eşidilməyib, amma 60-cı illərdə bu istiqmətdə müvafiq tədqiqatlar aprılıb. - Bu nə qədər təhlükəlidir? Bu silahlar nə qədər təhlükəlidir? Qısa cavab: çox təhlükəlidir! Düzdür, bu sistemlərin köməyi ilə Rusiya dünya üzərində hakimiyyət əldə edə bilməz, lakin hər halda indi Moskva istənilən münaqişədə ABŞ-la qarşıdurmaya gedə bilər. Rusiyanın Amerikanın raket əleyhinə qalxanını yarıb keçmək üçün yollar axtarması yeni bir şey deyil və Kreml tərəfindən dəfələrlə bu barədə danışılıb. Əgər hesab etsək ki, Amerikanın raket əleyhinə qalxanı hansısa İran raketinə qarşı yox, Rusiyaya görə quraşdırılıb, onda qeyd etmək lazımdır ki, Rusiyanın strateji arsenalını neytrallaşdırmaq istiqamətində Vaşinqtonun baha başa gələn cəhdləri uğursuzluğa düçar olub. Öz növbəsində Rusiyanın hücum edən raketləri yaxalamaq imkanları çox yüksəkdir. 2020-ci ilədək Moskva ətrafında “S-500 Prometey” zenit-raket sisteminin dörd batareyası quraşdırılacaq. - Bu silah ABŞ-a əngəl törədir Rusiyanın uzaq məsafələri qət edə biləcək hipersəs silahından geniş miqyasda istifadə etmə xüsusiyyəti hamını narahat etməklə yanaşı, həm də bu istiqamətdə onu irəliyə çıxarır. Bu raketlərin istismara nə zaman hazır olacağına və ya nüvə enerji qurğulu raketlərin yaradılmasının ümumiyyətlə mümkünlüyünə şübhə etmək olar. Amma “Kinjal” raketi və “Avanqard” kompleksi öz- özlüyündə hədsiz təhlükəlidirlər. “Kinjal” kompleksinin fəaliyyət məsafəsinin uzunluğu iki min kilometrdir və o, praktik olaraq ABŞ-ın Anti-Acces, Area-Denial (A2/AD) zonası üçün heç bir yer buraxmır. Və ya başqa sözlə desək, ABŞ özünün baha başa gələn nüvə silahı daşıyıcılarının müdafiəsi üçün sürətli əks-tədbirlər işləyib hazırlamalıdır. Çünki hal-hazırda onlar ovucun içində kimi görünürlər. Keçən il Rusiyanın silah ixracındakı mövqeyində əhəmiyyətli dəyişiklər olduğu müşahidə edilib. Yaxın keçmişdən fərqli olaraq, indi Kremlin “S-400” Hava Hücumundan Müdafiə sistemləri kimi müasir silahları satması, onun valyutaya nə dərəcədə ehtiyacı olduğunu göstərir. Əgər Putin özünün hipersəs silahını satışa çıxararsa, onda onun yayılması dünyanın hər yerində ABŞ-ın öz hərbi qüdrətinidən istifadə etmək qabiliyyətini əhəmiyyətli şəkildə azaldacaq. (“Stern”-Almaniya)
Əgər, hətta söhbət əsas etibarıyla seçki kampaniyasının dəstəklənməsindən gedirsə də, hər halda təqdim edilən möcüzə-silaha diqqətlə yanaşmaq lazımdır.