11.08.2014- Azərbaycan ballistik raketlər alır - FOTOLAR

11.08.2014- Azərbaycan ballistik raketlər alır - FOTOLAR Azərbaycan yeni ballistik raket sistemləri ilə təchiz olunacaq.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Ordusu İsrail hərbi sənaye istehsalı olan "Ekstra" və Pakistan ballistik raketləri ilə təmin olunacaq.

"Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilometrdir. Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu 3,97 metrdir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin təkmilləşdirilmiş variantıdır və hərəkət məsafəsinə görə, İsrail raketlərini 20 dəfə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qadirdir.

Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə silah növü satmır. Ancaq Rusiyanın Ermənistandakı hərbi bazasında "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib.


11.08.2014- Azərbaycan ballistik raketlər alır - FOTOLAR
11.08.2014- Azərbaycan ballistik raketlər alır - FOTOLAR






Fikirlər