Barak Obamanın qardaşı onun Nobel Sülh Mükafatını almasından təəccüblənib

Barak Obamanın qardaşı onun Nobel Sülh Mükafatını almasından təəccüblənib

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama onun 2009-cu il üçün Nobel Sülh Mükafatına niyə layiq görüldüyünü hələ də başa düşə bilmir.

AzerTaym.az Oxu.Az-a istinadən xəbər verir ki, Malik Obama bu barədə "RT"yə müsahibəsində danışıb.

"Onun prezidentliyi dövründə bütün dünya xaos içində idi və ona bu mükafatı heç bir şey etməmişdən əvvəl, prezidentliyinin ilk ilində verdilər" , - deyə eks-prezidentin qohumu aparıcının o illərdə Yaxın Şərqdəki münaqişənin qurbanları haqqında danışmasından sonra təəccübünü bildirib. vakansiya

O, həmçinin qardaşını tamamilə saxta, Demokratları isə ikiüzlü adlandırıb, çünki onların vəzifədə olduqları müddətdə çox pis işlər gördüklərini vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Nobel Sülh Mükafatı, öz qardaşı ilə belə sülh içində yaşaya bilməyən şəxsə verilib. Malik Obama qohumunun prezident olduğu səkkiz il ərzində onu tam dəstəklədiyini, jurnalistlərlə əlaqə saxladığını, lakin sonradan başa düşdüyünü bildirib ki, bütün bunlar boş vaxt itkisi olub.






Fikirlər