General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı

Ləğv olunmuş Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Fövqəladə Hallar Nazirliyində (FHN) general köməkçisi işləyən oğlu Cavid Səmədov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin köməkçisi vəzifəsində çalışan daxili xidmət mayoru Cavid Səmədov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Partiya sədrinin oğlu Faiq Tağı-zadənin əmri ilə vəzifəsindən azad edilib.

Abutalıb Səmədov  məlumatı təsdiqləyib: "Övladım 40 yaşı keçib və mən bilən öz istəyi ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib".






Fikirlər