PƏNAH Hüseyn: “Bu, Rəsul Quliyevin RUHU vəziyyətindən XƏBƏR verir”

Sabiq prezidentin köməkçisi: “Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul

Hazırda ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev bu günlərdə verdiyi müsahibədə milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkisini şübhə altına alıb, seçkinin 50 faiz saxtalaşdırıldığını deyib.

Əbülfəz Elçibəyin prezident seçildiyi dövrdə dövlət katibi işləyən AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkilərdən sonra namizədlərdən birinin seçkilərlə bağlı bu cür əsassız iddiası olmuşdu. Lakin o dövrlərdə hətta Xalq Cəbhəsinin və Elçibəyin opponentləri, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini istəməyən xarici və daxili qüvvələr də seçkinin Azərbaycanda ilk demokratik seçki olduğunu bəyan ediblər: “Seçkinin nəticələri də, ictimai rəy də həmin seçkinin müstəqillik əldə olunandan sonra ilk demokratik seçki olduğunu göstərirdi. Rəsul Quliyev də həmin seçkinin demokratik keçirildiyini bilməmiş deyildi. Sözün doğrusu, mən güman eləmirəm ki, Rəsul Quliyev ”Əbülfəz Elçibəy saxtalaşdırılmış seçkilərlə prezident seçilmişdi" kimi sərsəm açıqlama versin. Əgər həqiqətən də o cür açıqlama veribsə, bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər".

  (“Yeni Müsavat”)

 

 
 






Fikirlər