RƏSUL QULİYEV: “MİLLİ ŞURADA BOŞ-BOŞ IŞLƏRLƏ MƏŞĞULDURLAR”

RƏSUL QULİYEV: “MİLLİ ŞURADA BOŞ-BOŞ IŞLƏRLƏ MƏŞĞULDURLAR”

Eks-spiker Rəsul Quliyev yaradılmasında iştirak etdiyi Milli Şuranı yenə ələ saldı.

Azertaym.az xəbər verir ki, R.Quliyev APA-ya müsahibəsində Milli Şuranın son sessiyasında aparılmış müzakirələrə ironik münasibət bildirib:

“Bir aydan çoxdur mən bəlkə 52 dəfə demişəm ki, planı, proqramı olmayan bu cür Milli Şurada qala bilmərəm və qalmıram.

Bundan sonra Milli Şuranın belə bir məsələ qaldırması, nəyəsə baxması ancaq bir şeyə dəlalət edir ki, ora yığışan insanların görəcəyi işin adı yoxdur, özlərinə məşğuliyyət axtarırlar.

Bu, bekarçılıqdan irəli gələn bir şeydir. Ona görə də bu qərarı gülüşlə qarşıladım. Mənim heç xəbərim yox idi ki, onlar belə məsələ də müzakirə edəcəklər.

Çünki düşünürdüm ki, azdan-çoxdan ağılı olan insanlar belə məsələ qaldırmaz. Ümumiyyətlə, Milli Şurada boş-boş işlərlə məşğuldurlar.

Siyasi məhbuslarla və ya qiymətlərin artırılması ilə bağlı verilən bəyanatların özü 20 ildir ki, verilən bəyanatlardandır, heç bir yenilik yoxdur”.






Fikirlər