Azərbaycan liderinin sözləri İrəvanı SİLKƏLƏDİ - Düşmən QORXU İÇİNDƏ

Image result for Azərbaycan liderinin sözləri İrəvanı SİLKƏLƏDİ

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş ərazilərin qaytarılması haqqında dediyi sözlər İrəvanda təşviş yaradıb.
Publika.az
 xəbər verir ki, Azərbaycan lideri münaqişənin yeganə həll yolunun ərazi bütövlüyümüzün bərpa edilməsindən keçdiyini vurğulayıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir... Biz sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan əraziləri qaytarmamaq üçün hər şey etməlidir.
“Azərbaycan öz gücündən istifadə edərək, təzyiq göstərir, həmçinin, Minsk qrupu də Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi, lakin Bakı bunu qəbul etmədi, Minsk qrupu də bu məsələ ilə bağlı olmamış kimi davrandı. Bu, Ermənistanın mövqelərinin zəif olduğunu göstərir. Lakin biz ərazilərin qaytarılması ilə nəticələnən sülh prosesinə razılaşmamalıyıq”, - deyə erməni politoloq bildirib.
Safaryan Ermənistanın diqqətini daxili proseslərdən ayıraraq, Qarabağda müharibəyə hazırlaşmalı olduğunu bildirib.
Erməni hərbi ekspert Mqer Akobyan isə erməni hərbi birləşmələrini silaha sarılmağa çağırıb.
“Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri çəkilməməkdir. Yəni “barıtı quru saxlamalı” və lazım olarsa, hücuma keçməliyik”, - deyə o bildirib.
Lakin erməni ekspert hazırda Ermənistanın daxili problemlərinin olmasına diqqət çəkib.
Qeyd edib ki, Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir və Azərbaycan prezidenti baş verənləri yaxşı anlayır.

 






Fikirlər