BAKO Saakyan Xankəndindən qaçdı
Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan aprelin 4-də Xankəndini tərk edib. Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə erməni istifadəçilər məlumat yayıblar. Ermənilər bildirir ki, Bako Saakyan hazırda Ermənistandadır: Erməni gənclər açıq şəkildə bəyan ediblər ki, Qarabağ onlara lazım deyil: “Özünü prezident təyin edən qorxaq Saakyan indi qaçıb gəlib Ermənistana. Yenə deyir ki, bizə kömək edin. İndiyədək özləri üçün kef edənlərin sonu belə olmalı idi. Onlara bu da azdır. Qarabağda özləri üçün klan qurublar, bu alçaqlara görə sadə erməni əhalisi əziyyət çəkir”. Xatırladaq ki, ötən gün Azərbaycanın Müdafiə Nazirliyi Xankəndinə dağıdıcı zərbələrin vurulması ilə bağlı orduya hazırlıq əmri verilməsi barədə məlumat yayıb. AzerTaym.az