Azərbaycan ordusundan tarixi qələbə -SON DƏQİQƏ

Azərbaycan ordusundan tarixi qələbə-Son dəqiqə

Azərbaycan Ordusu ən əhəmiyyətli və ən strateji postlardan birini ələ keçirib. Çox güman ki, yaxın saatlarda Müdafiə Nazirliyi bu haqda açıqlama verəcək. Hərbi mənbələrdən daxil olan məlumata görə, ordumuz tərəfindən alınan bu ərazinin adını eşidən insanlar bəlkə də paytaxtdan oranın ziyarətinə piyada gedəcəklər...

Bu postun götürülməsini eşidən hər bir vətəndaşımız sevincindən göz yaşını saxlaya bilməyəcək...Necə ki, biz eşidən kimi sevincimizdən gözlərimiz yaşardı.
Miq.az oxucuların nəzərinə şatdırır ki, ordumuz tərəfindən əldə olunan bu üstünlük qələbəsi hərbi sirr olduğundan Müdafiə Nazirliyinin öz açıqlamasını gözləyirik...Çox güman ki, bu axşam, ya da yaxın günlərdə Müdafiə Nazirliyi bu barədə mütləq açıqlama verəcək...
Ordumuzun qələbəsi hamını sevindirəcək...
           
                                                          ******
...Düşmən əsgəri aclıqdan, susuzluqdan, ruhsuzluqdan, sabaha olmayan inamından ölür,mən isə Azərbaycanıma, onun ordusuna sevgimdən!
Od-alov içində də xoşbəxt görünmək istəyən Azərbaycan əsgəri! Torpağımıza, müstəqilliyimizə, bayrağımıza qarşı tuşlanan gülləyə, topa, raketə sinəsini sipər edən məğrur əsgərim… Unutma ki, istər döyüş bölgəsində, istərsə də arxa cəbhədə bizə tuşlanan silahı və onun sahibini"görünmədən görmək, ölmədən dönmək" şüarı ilə məhv etmək sənin andın olmalıdır!”
 
Mənfur niyyətlə vətənimizə qarşı köklənmiş düşmənin bütün dağıdıcı zərbələrinin qarşısını almaq, istiqamətindən və adından asılı olmayaraq, ona öldürücü zərbəni vurmaq bizim əsgəri borcumuzdur, torpaq andımızdır! Yatmadan, gözlərini qırpmadan müdafiə xəttində elə ruh yüksəkliyində olmalısan ki, düşməni məhv edə biləsən. Çünki onun bir adı var: düşmən!
 
Arxa cəbhədən sizə atəşli salamlar var- Azərbaycan əsgəri!
Silah tutan əllərinizdən, yuxusuz qalan gözlərinizdən öpürəm, Vətənin, ailənin, dostlarının qarşısında açıq olan alnınızdan öpurəm, Azərbaycan əsgəri!
Yazılarımda da, qəlbimdə də, arzularımın fövqündə də hamıdan öndə SİZ dayanırsız-Azərbaycan əsgəri!
Sıralama sayına, rütbəyə görə zabit birinci, əsgər isə ikincidir. Məsuliyyətinə görə də birinci zabitdir. Amma mənim ürəyimdə niyə məhz əsgər birincidir? Çünki əsgəri güclü olmayan dövlətin zabiti də gücsüzdür. 
Məhz buna görədir ki, cənab Ali Baş Komandanın da hərbi hissələrdə düzülüş önündə ilk sözü bu olur: "Salam, əsgər!"
Salam, əsgər! Sənə - Azərbaycanı üfüqdən-üfüqə aparan məğrur və möhtəşəm gücə - qələbə əzmi, görünmədən görmək, ölmədən dönmək arzulayıram.
 
Bütün arxa cəbhədən ön cəbhəyə hamı sizinlədir, sizə səslənirik: "SALAM ƏSGƏR!!!"
Yaşasın Azərbaycan Ordusu! 

 






Fikirlər