02.06.2014.- Ordumuz daha bir şəhid verdi
Azərbaycan Ordusunun əsgəri şəhid olub.
"AzerTaym.az"-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub.
Qeyd edək ki, Z. Həsənli Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.