Dünyanın ƏN BAHALI QIZILLARI BAKIDA - Fotosessiya

“Dünyanın ən bahalı qızılları Bakıda - Fotosessiya

Bilərzik 163 min, sırğa 45 min, saat 98 min, komplekt 526 min. qızıl yumurta 775 min manata… Bütün bunlar Bakıda baş tutan “Art and Jewels of the World” adlı sərgidə nümayiş olunur.

Qafqazinfo”nun məlumatına görə, Four Seasons Baku otelinin və Boutique Baku jurnalının dəstəyi ilə Bakıda zinət əşyalarının eksklüziv bağlı nümayişinə ilk mətbuat nümayəndələri dəvət olunublar. 5-7 may tarixlərində Four Seasons Hotel Baku-nun 3-cü mərtəbəsində yerləşən lüks otaqların qapıları seçilmiş qonaqlar üçün açıq olacaq. Qonaqlara Yvel, Fabergé və Lydia Courteille kimi dizaynerlərdən heyranedici zinət əşyaları təqdim olunacaq. Greubel Forsey - Swiss Haute Horlogerie (“Yüksək İsveç saat sənəti”) öndəgedən markası eksklüziv olaraq öz yeni şah əsərini təqdim edəcək: incəsənətin və saat istehsalında ən çətin texnologiyalardan olan Tourbillon-un birləşdiyi Art Piece 2.

Faberge brendindən “Lady Compliquée Peakock” xanımlar üçün mütləq zinət əşyası olacaq.

Lydia Courteille brendindən “Cabinet de Curiosités” təqdim ediləcək, brilyant və dünyanın ən gözəl mirvarilərinin birləşdiyi unudulmaz Yvel zinət əşyaları ziyarətçilərin zövqünü oxşayacaq.

Artıq 3-cü ildir baş tutan tədbirin builki fərqliliyi, məşhur brendlərin kolleksiyalarını təqdim etmək məqsədilə şəxsi ziyarət üçün xüsusi şəraitin yaradılmasıdır.

Dünyanın ən bahalı qızılları Bakıda - Fotosessiya

Fikirlər