FƏXRİ Xiyaban və ŞƏHİDLƏR Xiyabanı ziyarət edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvətilə ölkəmizdə səfərdə olan Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti mayın 20-də Fəxri Xiyabanı ziyarəti edib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi və Yunanıstanlı qonaqlar Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım  Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb, xatirəsini ehtiramla yad edilib.AHİK rəhbərliyi və Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti daha sonra  Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.AzerTaym.az 
 






Fikirlər