MTN-nin sabiq polkovniki: BAŞ VERƏN TERROR aktı Türkiyəyə təzyiq vasitəsidir

MTN-nin sabiq polkovniki: Baş verən terror aktı Türkiyəyə təzyiq vasitəsidir

Türkiyədə 36 nəfərin ölümü, 147 nəfərin yaralanması ilə nəticələnən terror aktı baş verdi

Dünən gecə İstanbulda törədilən terror aktı Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması zamanına təsadüf etdi. Bir çoxları terror aktının baş verəcəyini öncədən bildirmişdilər. Buna görə də, türk ictimaiyyəti təhlükəsizlik işçilərini, Milli İstihbarat Təşkilatını (MİT) və polisi zəif işləməkdə günahlandırır.

Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl İstanbulun "Atatürk" hava limanında törədilən terror aktı barədə fikirlərini Ölkə.Az-la bölüşüb:

"Terror aktları zamanı təhlükəsizlik sisteminin zəif olub-olmadığını söyləmək bir az çətin məsələdir. Terror aktını kamikadzelər törədən zaman təhlükəsizlik sisteminin zəif işlədiyini söyləmək düzgün olmaz. Terror aktı kamikadze tərəfindən törədilirsə təhlükəsizlik sisteminə çətin olur. Məndə olan məlumata görə, İstanbulun "Atatürk" hava limanında terror aktını kamikadzelər törədib. Kamikadzelər ölümə hazır olur, ölümə gedirlər.

Türkiyədə baş verən terror aktı gözlənilən idi. Brüssel hava limanındakı terror aktından sonra İstanbulun "Atatürk" hava limanında terror aktının baş verəcəyi gözlənilirdi. Baş verən terror aktı Türkiyəyə təzyiq vasitəsidir. İstər İŞİD, istərsə də PKK, PYD terror aktları törədərək Türkiyəyə təzyiq göstərməyə çalışıblar.

Türkiyə-Rusiya münasibətlərində yaxşılaşma prosesləri gedən zaman terror aktının baş verməsi o demək idi ki, "elə hesab etməyin Rusiya ilə münasibətlər yaxşılaşanda məsələlər bitəcək". Çox güman ki, bunu ya PKK, ya da İŞİD bu terror aktını törədib. Bunun üçün təkcə təhlükəsizilik sistemini günahlandırmaq lazım deyil".

Qeyd edək ki, İstanbulun "Atatürk" hava limanında terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD təşkilatı öz üzərinə götürüb.






Fikirlər