Politoloq Zərdüşt Əlizadədən Ermənistan hadisələrinə — ŞƏRH

Politoloq Zərdüşt Əlizadədən Ermənistan hadisələrinə — ŞƏRH

Ermənistanda bir qrup şəxs qiyam qaldırıb

Qiyamçılar İrəvanda polis idarəsini ələ keçiriblər. Nəticədə Ermənistan Baş Polis İdarəsinin rəis müavinləri Vardan Yeqizaryan və İrəvan baş polis idarəsinin rəis müavini Valeri Osipyan və bir neçə polis qiyamçıların əlinə keçib.

Ümumiyyətlə son zamanlar, xüsusi ilə aprel döyüşlərindən sonra Ermənistanda hökümət əleyhinə aksiyalar təşkil edilir. Polislə vətəndaşlar arasında qarşıdurmalar yaranır.

Ermənistandakı vəziyətlə bağlı politoloq Zərdüşt Əlizadə fikirlərini Ölkə.Az-la bölüşüb:

"Ermənistanda baş verən hadisələr hansısa ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq. Sarkisyan öz yerində möhkəm dayanıb. Sarkisyan və onun komandası mütəşəkkildir.

Etiraz edənlərin kütlə arasında nə dayağı, nə maliyyə, nə də media resursları yoxdur. Qiyamçıların arxasında hansısa xarici dövlət dayanmayıb. Belə olan halda çarəsizlikdən əl atılan etiraz aksiyaları Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq".

Qeyd edək ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.






Fikirlər