Sensasion məlumat: Qaçan generallar PKK-ya sığınıb?
Musavat.com-un Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən yaydığı məlumata görə Türkiyə kəşfiyyatı 60-a yaxın hərbçinin PKK terror təşkilatına sığındığını təsbit edib.
Aralarında general-mayor (tuğgeneral) rütbəli 3 hərbçinin də olduğu 60 nəfərlik heyət Skorski helikopteri ilə Silopiyə (Şırnak) hərəkət edib.
Qaçan hərbçilərə hərbi çevriliş sırasında gizir Ömər Halisdemir tərəfindən alnından vurularaq öldürülən çevrilişçi general Semih Terziyə bağlı Silopidəki xüsusi təyinatlıların bazasında xidmət göstərən heyət kömək edib.
Həmin heyət 60 hərbçinin Habur sərhəd məntəqəsindən Şimali İraqa keçməsinə şərait yaradıb.
MİT və Baş qərargahın təsbitlərinə görə 3 general və qalan əsgərlər Zahoda PKK-lı terrorçular tərəfindən qarşılanaraq Qəndildəki əsas bazaya götürülüblər.
Türkiyənin Müdafiə naziri Fikri İşık hərbi çevriliş cəhdindən sonra 288 hərbçinin fərari statusunda olduğunu bildirib. Onlardan 9-u generaldır. Fərari türk general və admirallar bunlardır: vitse-admiral Mustafa Zeki Uğurlu, general-mayor Mehmet Nail İgid, general-mayor Ali Kalyonçu, kontr-admiral Ayhan Bay, kontr-admiral Nazmi Ekici, kontr-admiral İrfan Arabacı, kontr-admiral Ali Suat Aktürk, kontr-admiral Heyrettin İmran və general-mayor Mehemt Zeki Kıralp.