Türkiyədə 4 general İSTEFA verdi

Türkiyədə bu gün daha 4 general-mayor istefaya gedib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İstefa verən generallar Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının baş katibi,general-mayor Metin Özbek, Quru Qoşunları Komandanlığının hərəkat sədri, general-mayor Mehmet Okkan, kəşfiyyat sədri, general-mayor Mehmet Göktan və informasiya və elektron məlumatlar sisteminin sədri, general-mayor Mustafa Gönendir. 

 Onlar təqaüdə çıxmaq istəkləri ilə bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına müraciət ediblər. 

 Türkiyədə dövlət çevrilişi cəhdi zamanı məzuniyyətdə olan Metin Özbek ailəsi ilə birlikdə xaricdə tətildəymiş. Hadisələrə görə aviareyslərin təxirə salınması səbəbindən Ankaraya iki gün sonra qayıda bilib və Baş Qərargahda işinin başında olub. Onun gələcəkdə general-leytenant rütbəsinə yüksələcəyi gözlənilirdi.

 Metin Özbek həmçinin 2005-2007-ci illərdə Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin, 2007-2008-ci ildə isə 11-ci prezident Abdullah Gülün baş yavər olub. 2008-2010-cu illərdə prezident qvardiyasına komandanlıq edən hərbçiyə bundan sonra general rütbəsi verilib.  

 Bundan əvvəl Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant İhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının (EDOK) komandanı, general-leytenant Kamil Başoğlu istefa verib. 






Fikirlər