Zakir Həsənov generala təzə vəzifə verdi
Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməgtindən APA-ya faktı təsdiqləyiblər.
“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən saytın sorğusuna cavab olaraq bildirilib.