Ölən hamilə DSX-nin İLK QADIN pilotu imiş...
Xəbər verdiyimiz kimi, Bakıda 36 həftəlik hamilə olan qadın Dilarə Babayeva körpəsi ilə birgə vəfat edib. "AzerTaym.az" Femida.az-a istinadən xəbər verir ki, xanım Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub. 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş. Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb. Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir.