Deputatlar bir-birilərini “qırdılar” - “Qaqa, niyə utanırsan?”

“Deputatlar bir-birilərini “qırdılar” - “Qaqa, niyə utanırsan?”

Millət vəkili Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında saxta profillərdən istifadə edərək deputatları təhqir edənlərə sərt reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, millət vəkili qeyd edib ki, Baş prokurorun imzası ilə gələn dəyişiklikdə söhbət təkcə möhtərəm prezident və ailəsi deyil, eyni zamanda vətəndaşların da təhqir olunmasının qadağan olunmasından gedir:

“Əgər kişisənsə öz imzanla yaz. Amma sən saxta profil açırsan və ölkəni qarışdıra bilərsən. İstəsələr internet vasitəsilə ölkəni qarışdıra bilərlər. Ona görə də, saxta profillərə də bu dəyişiklik şamil olunmalıdır. Azərbaycan parlamentində bu gün ən çox söyülən 3 deputat var. Onlardan biri mənəm, digərləri Fazil Mustafa və Hadi Rəcəblidir.

Elə bu yaxınlarda deputatların maaşlarının azlığı ilə bağlı açıqlamama görə 932 adam mənim atamı söymüşdü. Allah haqqı, mən deputat maaşı ilə bağlı elə söz deməmişdim. Həmkarlarımız isə bizi müdafiə etmək əvəzinə durub başqa açıqlamalar verirlər. Çünki onlar jurnalistlərdən qorxurlar. Qorxurlar ki, media onlar barədə tənqidi nəsə yazar. Durub millət vəkili Tahir Kərimli deyir ki, mən maaş alanda utanıram, onu qohumlarıma verirəm. Qaqa, niyə utanırsan? Maaşın çoxdusa, utanırsansa alma da.

Belə ona görə deyirlər medianın təpkisindən qorxurlar. Xaricdən idarə olunan saxta profillərlərlə də mübarizə apara bilərik. Deputat yoldaşlar deyir ki, hə maaşımız çoxdur. Çoxdursa, o zaman azaldın da. Xahiş edirəm ki, bu jurnalistlərdən az qorxun”.

Fəzail Ağamalı isə Aqil Abbasın fikirlərinə sərt reaksiya verib:

“Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin. Bu birinci dəfə deyil, bir neçə dəfə o deputatlara qarşı çıxış edib. O, hər dəfə millət vəkillərinə dərs keçməyə çalışır. Xahiş edirəm ki, onunla bağlı tədbir görülsün”.






Fikirlər