Klıcdaroğlunun qardaşı CHP-dən istefa verdi – Partiyaya FETÖ ittihamları

Klıcdaroğlunun qardaşı CHP-dən istefa verdi – Partiyaya FETÖ ittihamları

CHP sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu CHP-dən istefa verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Cəlal Klıcdaroğlu  yaydığı  yazılı açıqlamada  partiyanın sədr müavini Təkin Bingölün onun CHP-dən çıxarılmasını tələb etdiyi üçün bu addımı atdığını deyib.
“FETÖ-nün Didim Bələdiyyəsi ilə olan əlaqəsini ortaya çıxarmaq üçün etdiyim yürüşdən sonra, CHP-nin sədr müavini Təkin Bingöl mənim partiyadan çıxarılmağımı istəyib. Şərəf duydum, çünki, mən mübarizəmdə haqlıyam və haqlı olduğum  ortaya çıxacaq. CHP rəhbərliyi, Atatürkün prinsip və inqilablarına sahib çıxan, FETÖ-yə  qarşı duran, ölkəsinə, millətinə, partiyasına bağlı olan bir insanı partiyadan çıxarmaqla hədələyir, lakin FETÖ-nün  bələdiyyə imamı olduğu dəqiqləşən Erkan Karaaslan ilə səmimi davranır.
Belə bir insanı dəstəkləyən bir partiya ilə mənim də işim olmaz. CHP rəhbərliyi Atatürkün şəkilini zibil qutusuna  atanı deyil, bunu aşkara çıxaranı partiyadan çıxarmaq istəyir . Atatürk abidəsini söküb Didim Bələdiyyəsinin zibilliyinə atan Dəniz Atabayı deyil, məni partiyadan qovurlar . FETÖNÜN məktəblərinə yardım edən Beşiktaş Bələdiyyə sədri Murad Xəzinədarı deyil, vətəninə millətinə sadiq olan Birgül Ayman Güləri partiyadan qovurlar. Bu qədər olanlardan sonra ağlıma bu sual gəldi: Görəsən, məni partiyadan çıxarmaq üçün təlimatı Pensilvaniyadan aldılarmı? Bu saatdan sonra, mən  CHP-də qalmaram. Zəhmət çəkməsinlər, istefa verirəm” deyə Klıcdaroğlu bildirib.

 






Fikirlər