Baxçalı istefa verir? — AÇIQLAMA

Baxçalı istefa verir? — AÇIQLAMA

 
 Sədr partiyanı tərk edir?

 "AzerTaym.az" Ölkə.Az-a istinadən xəbər verir ki, növbədənkənar seçkilərdə 11 faiz toplayan MHP sədrinin istefa etməsi xəbərinə partiyadan münasibət gəlib.

Belə ki, AKP-yə yaxınlığı ilə seçilən jurnalist Erhan Çelik Dövlət Baxçalının istefa qərarı verdiyini dilə gətirib.

Bu açıqlamadan sonra isə MHP üzvləri "Habertürk"ə açıqlamada bu xəbərin yalan olduğunu bildiriblər.

"İstefa barədə məlumatlar həqiqəti əks etdirmir", - deyə fəallar bəyan edib.

MHP sədri Dövlət Baxçalı təcili olaraq divan üzvlərinin toplanması barədə təlimat verib.

1997-ci ildən sədr seçilən Dövlət Baxçalı ümumi olaraq 14 dəfə seçkidə uduzub.

Qeyd edək ki, MHP-nin bəzi üzvləri də Dövlət Baxçalının istefasını tələb edir.






Fikirlər