ƏFLATUN AMAŞOV MƏTBUATA YARDIMIN ARTIRILMASINI İSTƏDİ

"Büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın!". 

 AzerTaym.az-ın xəbərinə görə bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün parlametdə keçirilən büdcə müzakirələri zamanı səsləndirib.
Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon matanın 5 milyona çatdırılmasını təklif edib: 
"Mətbuat önəmli bir sahədir. Bu sahəyə ayrılan vəsait azaldılmamalıdır, əksinə 1 milyon artırılmalıdır. Həmin artırılan 1 milyonla hazırda fəaliyyət göstərən ciddi xəbər saytlarına yönəldilməlidir. Bu peşəkar saytlara dövlət dəstəyi olar, onlar fəaliyyətlərini daha da gücləndirə bilərlər"

 






Fikirlər