“Bu, təxribatdır” - Ərdoğandan ilk açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı açıqlama verib. “Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Ərdoğan bu hadisənin təxribat olduğunu bildirib: “Bu sui-qəsdi nifrətlə qınayıram. Bu hadisə Türkiyə-Rusiya münasibərlərini pozmağa yönələn təxribatdır, təxribatlara uymayacağıq”. Türkiyə prezidenti səfirin ölümü ilə əlaqədar Rusiya xalqına və prezident Putinə başsağlığı verib.