ƏRDOGAN Putinlə BARIŞMAQ istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus xalqını düşmən hesab etmədiyini bildirib.

AzerTaym.az Virtualaz.org -a istinadən xəbər verir ki, o, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına ümid etdiyini söyləyib.“Biz rus xalqına düşmən deyilik. Rusiyadan ildə dörd milyon turist qəbul edən ölkə üçün bu mümklün deyil. Bizim ticarət 35 milyard dollara çatıb, biz bu rəqəmi 100 milyarda çatdırmaq istəyirdik. Heyf ki, Rusiya, pilotlarına görə, Türkiyə kimi dostunu itirdi.Ümid edirəm ki, münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar müsbət nəticələr verəcək”, -deyə Ərdoğan Nakarada çərşənbə günü yerli administrasiya rəhbərlərinin qarşısında çıxış edərkən bildirib.O, Rusiyaya məxsus “Su-24” təyyarəsi ilə əlaqədar hadisənin səbəbinin Türkiyənin hava məkanının pozulması olduğunu, bu pozuntuların Türkiyənin xəbərdarlığına baxmayaraq davam etdiyini bir daha təkrarlayıb.“Deyirlər ki, əgər biz təyyarəni vurmasaydıq, iş belə böhrana gəlib çatmazdı (RF ilə böhrana – red.). Bəs niyə demirlər ki, əgər Rusiya hava məkanını pozmasaydı, biz bu vəziyyətə gəlib çatmazdıq?” - prezident deyib.

Ərdoğan onu da qeyd edib ki, Suriyadakı vəziyyət Rusiya üçün bəlkə də “uzaq ölkələrdə maraq” baxımından əhəmiyyət kəsb edə bilər, amma Türkiyə üçün bu, ölüm-dirim məsələsidir.






Fikirlər