Ərdoğan bütün sirləri açdı

“Baş verənlərdən sonra əlbəttə Putinlə aramızda inciklik yaranıb."

Baş  verənlərdən sonra əlbəttə, Putinlə aramızda inciklik yaranıb. Bu şərtlərdə danışmağımızın bir mənası yoxdur.”

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanYaponiya səfəri zamanı jurnalistin "Putinlə yenidən görüşə bilərsinizmi" sualını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, Putinlə danışmağın bir xeyri yoxdur: “NATO -nun iclasından sonra Suriyadakı hərbi əməliyyatlarlə bağlı telefon danışığımız oldu. Ondan sonra da hava sərhədlərimiz yenidən pozuldu.”



Ərdoğan iki ölkə arasında soyuqluğun yaranmasına səbəb kimi Rusiyanın ölkəsinin hava sərhədini pozmasını göstərib: ”Türkiyənin hava sərhədlərinin pozulması NATO sərhədlərinin pozuntusu deməkdir. Amma düşünmürəm ki, Rusiya qonşusu ilə açıq mübarizəyə başlasın.”

Həmçinin Ərdoğan Rusiyanın İŞİD-i vurmadığını əminliklə deyir: “Rusiya tərəfi deyir ki, İraqdəvət etsə, İŞİD üçün orada da hava əməliyyatları apara bilərik. Rusiya, Suriyada İŞİD -i vurmur ki! Bir dəfə ağızlarından qaçıraraq, “Əsəd rejiminə qarşı hər ünsür bizim üçün terrorçudur” dedilər. 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin


Ərdoğan Rusiyanın əsas məqsədinin Suriya ərazisində hərbi baza tikib, Əsəd rejimini silahladırmaq olduğunu deyib. 

Məlumdur ki, iki ölkə arasında böyük ticarət müqavilələri bağlanıb. Rusiya Türkiyənin ilk nüvə stansiyasını inşa edir. Digər tərəfdən isə ölkələr arasında təbii qaz layihələri və Türkiyənin boğazlarında istifadələrlə bağlı razılaşmalar var. Bu səbəbdən Rusiya ilə Türkiyə arasındakı gərginlik regiona siyasi təsirlər etməklə yanaşı iqtisadi cəhətdən də təsirlərini göstərə bilər. Amma Ərdoğan narahatlığa heç bir əsas görmür. 

“Bu tək tərəfli bir mövzu deyil. Eyni zamanda Rusiyanın da atdığı addımlarla bağlı düşünməsi yaxşı olardı. Nüvə stansiyasını və digər layihələri Rusiya tikməyəcəksə, başqası inşa edəcək. Onsuzda Rusiya nüvə stansiyasına 3 milyard dollarlıq sərmayə yatırıb. Bu səbəbdəndir ki, o mövzuda Rusiya daha ehtiyatlı addımlar atmalıdır.” 


Rusiyanın Türkiyədə tikdiyi - Akkuyu nüvə stansiyasının maketi


Ərdoğan deyib ki, Rusiyanın ən böyük təbii qaz alıcılarından biriyik. Türkiyə Rusiya üçün ciddi bir itki ola bilər: “Rusiya da yaxşı düşünmək məcburiyyətindədir. Türkiyə-Rusiya arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası var. Bu cür bir mexanizmi itirmək hər halda Rusiya baxımından da səhv bir addım olardı. Biz də əməkdaşlığı pozmaq istəmirik. Belə mövzularda duyğusal addımlar ata bilmərik."

Türkiyə prezidenti narahatlığa əsas görməsə də dövlətlər arasında gərginlik ölkələrə ciddi təsir edir. Məsələn “Türk Axını” qaz layihəsi təxirə salınıb. Ölkələr arasında arasında gərginliklə bağlı bundan sonra bağlanacaq müqavilələr sual altındandır. Çünki bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya Türkiyənin hava sərhədlərini pozmağa davam edir. Türkiyə tərəfi isə bu halın bir daha baş verəcəyi təqdirdə cavab veriləcəyini açıqlayıb. 


“Türk Axını” qaz boru xətdinin keçdiyi ərazilər






Fikirlər