Ərdoğan Putinlə Suriyanı müzakirə edəcək

 

erdogan-putinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Rusiyanın Suriyadakı fəaliyyəti barədə danışmaq niyyətindədir.

AzPolitika.info-nun məlumatına görə, bu barədə Ərdoğan “Al-Jazeera”ya müsahibəsində bildirib.

“Mən mütləq Putinlə görüşüb onunla Suriyadakı vəziyyət barədə danışacaq və bu məsələ ilə bağlı narahatlığımı bildirəcəyəm. Əgər bizim ölkələr dostdursa, mən ondan Rusiyanın Suriyadakı fəaliyyətini yenidən qiymətləndirməyi xahiş edəcəyəm”, – deyə Türkiyə prezidenti qeyd edib.






Fikirlər