“Təəssüf ki, belə bir şey oldu…” - Ərdoğan
Türkiyə prezidenti ötən çərşənbə günü Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini bildirib. Azərtaym.az BBC-yə istinadən məlumatına görə, "Biz bunu istəməzdik, amma təəssüf ki, belə bir şey oldu. Ümid edirəm ki, bundan sonra belə bir şey baş verməyəcək", - Rəcəp Tayyip Ərdoğan deyib. Qeyd edək ki, bundan əvvəl Moskvanı “odla oynamaqda” suçlayan Türkiyə lideri Rusiyadan üzr istəməyəcəyini bidirmişdi.