Bu ilin ilk Günəş tutulması hadisəsi BAŞLAYIB

Картинки по запросу Bu ilin ilk Günəş tutulması 26-fevralda oldu

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, proses saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.

O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq.

X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.

İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir.

 

 






Fikirlər