Dünya Super Ay tutulmasını gözləyir
Dünya bazar günü gecə saatlarında baş verəcək super Ay tutulmasını səbirsizliklə gözləyir.
İnterpress.az xəbər verir ki, Ayın dünyaya ən yaxın nöqtəyə çatdığı zaman baş verərək Super Tutulma 13 faiz daha çox və 30 faiz daha parlaq görünəcək. Hadisə 28 sentyabr səhər saatlarında baş verəcək. NASA hadisənin 1 saat 11 dəqiqə davam edəcəyini bildirib.
Super Ay tutulması 1900-cu ildən bu yana sadəcə 5 dəfə baş verib. Son Super Ay tutulması bundan 33 il öncə 1982-ci ildə görünüb. Bundan sonrakı Super Ay tutulması 2033-cü ildə olacaq.