Ərdoğan Pakistanda Qarabağ ÇAGIRIŞI ETDİ
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlar atmalıyıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı deyib. R.T.Ərdoğan qeyd edib ki, bu toplantı hər nə qədər iqtisadi sammit olsa da, əsl məqsəd siyasətdir, siyasi yanaşmadır: "Hər hansı məsələdə addım atarkən siyasəti bir kənara qoymaq mümkün deyil". Türkiyənin dövlət başçısı bir çox müsəlman ölkələrinin problemləri olduğunu bildirib: "Əfqanıstanın, Azərbaycanın sıxıntıları var. Dağlıq Qarabağ problemi var. 20 ildən çoxdur davam edən bu münaqişə ilə bağlı bir nəticə əldə olunmadı. Bu məsələdə həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı olaraq qətiyyətli addımlar atmalıyıq. Ermənistanın işğalçılıq siyasəti məsələsini hər toplantıda qaldırmalıyıq".