AZƏRBAYCAN Ordusu Ermənistanı QARABAĞda DARMADAĞIN ETDİ - VİDEOFAKTLAR
Azərbaycan Ordusu bu gün cəbhədə erməni hərbi birləşmələrini darmadağın edib.
Cavab zərbəsi nəticəsində düşmən qərargahının qarşısında hərbi nəqliyyat vasitələri və şəxsi heyət məhv edilib. "Dəhşətli məğlubiyyətə düçar olduq"
Publika.az xəbər verir ki, dünən axşamdan başlayaraq, erməni hərbi birləşmələri cəbhədə təxribat hücumlar törətməyə cəhd göstərib. Lakin ordumuz düşmən təxribatının qarşısını almaqla yanaşı, güclü cavab zərbəsi endirib.
Müdafiə Nazirliyinin yaydığı videosənədlər düşmənin son günlər yaydığı videoyalanları ifşa etdi.
BİRİNCİ ZƏRBƏ
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
İKİNCİ ZƏRBƏ
Erməni hərbi birləşmələri aldıqları zərbədən sonra martın 2-i gecə saatlarında mövqelərimizə soxulmağa cəhd edib. Ordumuz heç bir itki vermədən mövqelərimə soxulmağa cəhd göstərən düşmənin diversiya-təxribat qrupun məhv edib.
ÜÇÜNCÜ ZƏRBƏ
Düşmənin hərbi nəqliyyat vasitəsi bir zərbə ilə məhv edildi.
Hazırda ordumuz bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət edir.
İTKİLƏR GİZLƏDİLİR
Ermənistan tərəfinin hərbi texnikası və canlı qüvvəsininin məhv edildiyinə dair videosübutlar yayılsa da, İrəvan rejimi itkiləri gizlədir. Ermənistan mediasında apardığımız monitorinqin nəticələrinə görə, heç bir media qurumu itkilər haqda məlumat yaymır. Yalnız bir sıra saytlar Azərbaycan Ordusunun cavab zərbələrini əks etdirən videogörüntüləri yayımlayıb.
“1in.am” saytı isə dünən Ermənistan ordusunda müddətdən artıq xidmət edən 1980-ci il təvəllüdlü Nver Babadjanyanın öldüyünü açıqlayıb.
Digər media orqanları isə itkilər haqda heç bir məlumat vermir. Ehtimallara görə, “aprel müharibəsində” məğlubiyyətin acısını yaşayan Ermənistan hakimiyyəti bu dəfə media orqanlarına senzura qoyur.
İrəvan hakimiyyəti itkilərini gizlətməyə çalışsa da, erməni əhalisi təşviş içindədir.
MƏĞLUBİYYƏT
Keçmiş erməni döyüşçü Arkadi Karapetyan isə Ermənistanın Azərbaycana məğlub olduğunu etiraf edib.
“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır, biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində yalnız qarajlardakı kamazlar təmir olunur. Bu gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə kamaz təmir edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun acınacaqlı vəziyyətinə diqqət çəkib.Dəhşətli məğlubiyyətə düçar olduq - İrəvan etiraf etdi və könüllü DƏSTƏLƏR TOPLAMAĞA BAŞLADI
Keçmiş döyüşçü Ermənistan ordusunun yeni müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb: “Biz qalib sırasında olmaq üçün könüllü dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub olacağıq”.
Erməni hərbi birləşmələrinin məhv edilməsi, həmçinin, ermənilərin etirafları ordumuzun bu gün böyük qələbə çaldığını sübut edir.