PREZİDENT ixrac gəlirlərini xaricdə gizlədən MƏMURLARI ARAŞDIRIR - Müdhiş gəlişmə

Prezident ixrac gəlirlərini xaricdə gizlədən məmurları araşdırır

“İxrac edilən malların satışından əldə edilən gəlir tam şəkildə ölkəmizə gəlməlidir” 

Ulus.Az yada salır ki,
 bu sözləri Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur: “Ona görə ki, əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. 

Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir”.

Ulus.Az xəbər verir ki, ixrac edilən məhsulların gəlirinin gizlədilməsi və Azərbaycana tam olaraq daxil olmaması bəzi nazirlərin, məmurların əməlləri olub. Bu haqda araşdırmalar aparılıb və onların kimliyi təsbit olunub. Hökumət ixrac gəlirlərini xarici hesablarda gizlədən məmurları indinin özündə də təftiş etməkdədir. 
Məmurlar xalqın pullarını xaricdə gizlətməklə maliyyə cinayətinə yol veriblər. Onların geri qaytarılması və ya bank hesablarının dondurulması üçün siyasi qərar olmalıdır. 

Əslində, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edib.

Qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycanın daxilində və Azərbaycandan kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. 

Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.
Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyulması məmurların belini qıran qərardır. Bu gün milyonlarla dolları olan şəxslər yalnız korrupsioner dövlət məmurlarıdır. 

Onsuz da sıravi vətəndaşlarda külli miqdarda pul yoxdur. Ona görə də qərar birbaşa həmin məmurların ölkədən pul çıxarılmasına qarşı hesablanıb. 

Əslində, prezidentin etimadını doğrultmayan və büdcəyə zərbə vuran məmurların pullarını ölkədən daşımağa imkan verilməməlidir. Həmçinin, onların xaricdəki hesabları da dondurulmalıdır.






Fikirlər